525.Az

"Jurnalistika" ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı başlayıb


 

"Jurnalistika" ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı başlayıb<b style="color:red"></b> Azərbaycanda magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı (sorğu anketi) başlayıb.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, həmin bakalavrların qeydiyyatı prosesi martın 29-da saat 17:00-da başa çatacaq.
 
Qeydiyyatdan keçmək istəyənlər https://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/… linkindən istifadə edə bilərlər.
 
“Jurnalistika” ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçən bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni 31 mart tarixində çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
 





18.03.2015    çap et  çap et