525.Az

Qələbə dairəsində aparılan işlər bu ay başa çatacaq


 

Qələbə dairəsində aparılan işlər bu ay başa çatacaq <b style="color:red"></b> Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində Qələbə kinoteatrı qarşısındakı dairədə genişləndirilmə işləri sürətlə davam etdirilir.
 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır.
 
Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.
 
Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək.
 
İşlərin mart ayı ərzində yekunlaşması gözlənilir.
 





18.03.2015    çap et  çap et