525.Az

Əfv sərəncamının icrasına başlanılıb


 

Əfv sərəncamının icrasına başlanılıb<b style="color:red"></b>

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

525.az-ın məlumatına görə, prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncam ümumilikdə 101 nəfərə şamil edilib.
 
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.
 
Əfv olunanlar arasında Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı, ilahiyyatçı Anar Qasımlı, 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və “NİDA” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də var.

 





19.03.2015    çap et  çap et