525.Az

İsrail Fələstinin müstəqilliyini tanıya bilər


 

İsrail Fələstinin müstəqilliyini tanıya bilər<b style="color:red"></b>

İsrailin baş naziri Binyamin Netanyahu Ameikanın MSNBC telekanalına müsahibəsində vəzifədə olacağı dövrdə İsrailin Fələstini tanımamaq barədə elan etdiyi qərarını dəyişib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Netanyahu Fələstin Dövlətinin tanınması  yolu ilə  Fələstin-İsrail münaqişəsinin davamlı və dinc yolla nizamlanmasını dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, bunun üçün şərait tam dəyişilməlidir. 
 
Qeyd edək ki,  martın 18-də Netanyahunun lideri olduğu “Likud” partiyası Knessetdə çoxluğa nail olub.

 





21.03.2015    çap et  çap et