Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə başsağlığı verib.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı İran prezidentinin anası Səkinə Peyvəndinin vəfatı xəbərindən kədərləndiyini qeyd edib:
“Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.