525.Az

Türkiyə Ukraynaya 50 milyon dollar kredit verəcək


 

Türkiyə Ukraynaya 50 milyon dollar kredit verəcək<b style="color:red"></b> Türkiyə Ukraynaya 50 milyon dollar kredit verəcək.
 
APA-nın Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukraynada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
 
Ərdoğan bildirib ki, Türkiyə Ukraynaya məcburi köçkünlər üçün 10 milyon dollarlıq humanitar yardım da ayırıb: “ Bunu qonşuluğumuz və strateji tərəfdaşlığımız üçün vacib addım hesab edirik, bu yardımların dostlarımız üçün xeyirli olmasını diləyirəm”.
 
Türkiyə prezidenti vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 6 milyard dollar olub: “Hədəfimiz bu rəqəmin 2017ci ildə 10, 2023-cu ildə 20 milyard dollar olması ilə bağlıdır”.
 





21.03.2015    çap et  çap et