|
|
|
|
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təsviri sənət kafedrasının baş müəllimi, Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvü Tamilla Abdullayevanın Novruz bayramına həsr olunan “Təbiətin naxışları” adlı fərdi sərgisi keçirilib.
Sərgini açan ADMİU-nun rektoru, professor Fərəh Əliyeva Universitetin müəllimlərinin sərgilərinin təşkilinin, tələbələrin öz müəllimləri ilə yalnız dərsdə deyil, sərgiləri vasitəsi ilə də yaxından tanış olmasının və öyrənməsinin vacibliyini vurğulayıb, rəssamı təbrik edib.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov, Xalq rəssamı Xanlar Əhmədov, rəssam Fəxrəddin Qəhrəmanlı, ADMİU-nun professoru Arif Əziz, Universitetin professor müəllim heyəti və tələbələrin iştirak etdiyi sərgidə rəssamın yaradıcılığından, maraqlı, zəngin rəng çalarlı işlərindən geniş danışılıb.