525.Az

Yubiley təbriki


 

Yubiley təbriki <b style="color:red"></b>

Əzizim Dilsuz!

Səni,  istedadlı nasir və  şairimizi anadan olmağının yetmiş  illiyi münasibəti ilə ürəkdən təbrik edirəm.

Sən bu gözəl yubileyi dostlarının da, həmkarlarının da , xalqımızın da qarşısında alnıaçıq, üzüağ qarşılayırsan.  Sən səmimi və etibarlı bir dost kimi də, sadə, təvazökar, təmiz və vicdanlı, mənən zəngin bir insan kimi də hamımızın dərin hörmətini qazanmısan. Sən uzun müddət dövlət işində çalışaraq, xalqımızın və vətənimizin rifahı və nüfuzu naminə əlindən gələni əsirgəməmisən.

Əziz dostum!

Səndən yalnız səni sevən və sənin qələmini yüksək qiymətləndirən oxucuların narazıdır. Onlar ona görə narazıdırlar ki, sən öz zəngin istedadının  tələb etdiyi ardıcıllıqla yazmırsan. Sən nə yazırsansa, yaxşı yazırsan, ancaq az yazırsan və oxucuların, o cümlədən də mən, sənin əsərlərini aylarla, hətta bəzən illərlə gözləməli oluruq. Arzumuz  budur ki, nə yazırsa, yaxşı yazan sevimli ədibimiz Dilsuz, həm də çox yazsın.

Və inanırıq ki, bundan sonra belə də olacaq, sən yeni-yeni əsərlərinlə bizi  hələ çox sevindirəcəksən.

Səni bir daha ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayıram.

ELÇİN
Azərbaycan Respublikası Baş nazirinin müavini, Xalq yazıçısı

 





21.03.2015    çap et  çap et