525.Az

“Naşir” jurnalının Novruz sayı çap olundu


 

“Naşir” jurnalının Novruz sayı çap olundu<b style="color:red"></b>

Azərbaycan Naşirlər və Poliqrafiyaçılar Birliyinin rəsmi orqanı olan “Naşir” jurnalının növbəti sayı işıq üzü görüb. 

Modern.az xəbər verir ki, son sayda “Qonağım” rubrikasında TRT-in Bakı təmsilçisi Yıldıray Arslan, “Çərçivə” rubrikasında rəssam Rasim Abbasov və   “Ağ-qara” rubrikasında telejurnalist Qulu Məhərrəmli ilə müsahibələr, eləcə də digər maarifləndirici yazılar yer alıb. Bundan əlavə ədəbiyyat, sənət, kitab dünyası tarixinə aid maraqlı yazılarla silahlanan jurnalın maarifçilik sahəsində bir çox layihələr planlaşdırır.

“Naşir”in baş redaktoru jurnalist-yazar Gülnar Məsimli bu ay iki yaşı tamam olacaq jurnal barədə bunları deyib: “İki il öncə ağaca, yarpağa, bənövşəyə, nərgizə... qoşulub biz də dünyaya göz açdıq. Martda doğulmağın bir özəlliyi də var. Günəş dünyanı isidir, varlıq oyanır və səni görməyə bilməzlər.

“Naşir”i də dərhal gördülər, bəyəndilər, sevdilər. Amma biz bundan ötrü yaranmamışdıq. Sadəcə, öz işimizi görmək istəyirdik. O işi ki mətbuatda tökülüb qalmışdı. Kitaba marağı jurnalda yaratdıq. “Naşir” qısa vaxtda kitabsevərlərin diqqətini cəlb elədi. Biz oxuculara yenidən mütaliəyə qayıtmağı aşıladıq”.

 





21.03.2015    çap et  çap et