525.Az

Erməni hərbçi könüllü təslim olub


 

Erməni hərbçi könüllü təslim olub<b style="color:red"></b>

Erməni silahlı bölmələrinin hərbçisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək ordumuza təslim olub.

APA-nın “news.am” saytına istinadın verdiyi məlumata görə, hadisə martın 22-də saat 13.50 radələrində baş verib.
 
Azərbaycan Ordusuna könüllü təslim olan şəxs 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçu Andranik Araratoviç Qriqoryandır.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən də APA-ya məlumatı təsdiqləyiblər.
 
Mətbuat xidmətindən bildirilib ki, bu, yəqin erməni ordusunda öz aralarında olan gərginlik, qorxu hissi və panika ilə bağlıdır.
 
Rəsmi məlumat veriləcək. 

 





23.03.2015    çap et  çap et