525.Az

“Sinqapur iqtisadi möcuzəsi”nin yaradıcısı vəfat etdi


 

“Sinqapur iqtisadi möcuzəsi”nin yaradıcısı vəfat etdi<b style="color:red"></b>

Sinqapurun ilk baş naziri Li Kyan Yu bu gecə 91 yaşında vəfat edib.

APA-nın məlumatına görə, onun oğlu, hazırda ölkənin baş nazir olan Li Syan Lun ümummilli matəm elan edib. Matəm günləri martın 23-dən 29-na kimi davam edəcək. Vida mərasimi martın 25-dən 28-ə kimi parlament binasında keçiriləcək. Rəsmi dəfn mərasimi isə martın 29-da baş tutacaq.
 
Xatırladaq ki, Li Kyan Yu 1959-cu ildə Sinqapur müstəqilliyini elan etdikdən sonra onun ilk baş naziri olub və 31 il bu vəzifəni icra edib. O, geridə qalmış bir ölkəni güclü iqtisadi dövlətə çevirərək “Sinqapur iqtisadi möcuzəsi”nin yaradıcısı hesab olunur.

 





23.03.2015    çap et  çap et