525.Az

Güclü qar nəticəsində Quba-Xınalıq yolu bağlanıb


 

Güclü qar nəticəsində Quba-Xınalıq yolu bağlanıb<b style="color:red"></b> Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlara səbəb olub.
 
APA-nın şimal bürosunun məlumatına görə, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.
 
Quba 6 saylı Yol İstismar İdarəsindən (Yİİ) verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.
 
Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.
 





23.03.2015    çap et  çap et