525.Az

Bakıda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb


 

Bakıda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb<b style="color:red"></b>

Bakıda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, Bakıda “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümü faktının baş verməsi ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
E. Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır
 
Qeyd edək ki, martın 20-də Yasamal rayonunda yerləşən “Astoriya” Tibb Mərkəzində 1986-cı il təvəllüdlü İlahə Musazadə qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.

 





23.03.2015    çap et  çap et