525.Az

Bakıda taksi sürücüsü xanım müştərisinə hücum etdi


 

Bakıda taksi sürücüsü xanım müştərisinə hücum etdi<b style="color:red"></b>

Bakının Yasamal rayonu ərazisində qadın gözləmədiyi halda cinayətə məruz qalıb.

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, ötən gecə 47 yaşlı Xanım İsmayılova polisə müraciət edərək taksi sürücüsü tərəfindən qarət olunduğunu deyib. Zərərçəkmiş şikayətində göstərib ki, dekabrın 4-ə keçən gecə saat 01 radələrində Moksva prospekti, 70 saylı binanın qarşısında taksiyə əyləşib.

Təxminən 30-35 yaşlı taksi sürücüsü bir qədər hərəkət etdikdən sonra maşını saxlayaraq müştərisinə bıçaq çıxararaq hücüm edib. Sürücü qadından boynunda olan qızıllarını və çantasındakı 125 manatı alaraq qaçıb.

Qadın başına gələnləri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə danışıb. Hazırda cinayətkar taksi sürücüsünün tutulması istiqamətində iş aparılır.

 





04.12.2012    çap et  çap et