525.Az

Mikayıl Cabbarovdan növbəti əmr


 

Mikayıl Cabbarovdan növbəti əmr <b style="color:red"></b> Təhsil naziri Mikayıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalayıb.
 
Əmrə əsasən, əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması nəzərdə tutulur. Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə kimi seçilib. Pilot müəssisələrdə loqopedik xidmətin yaradılması qərara alınıb.
 
Qeyd edək ki, nazirin əmrinə əsasən, “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib.
 





29.03.2015    çap et  çap et