525.Az

AVRO 2016-nın qrup mərhələsinin növbəti oyunları keçirilib


 

AVRO 2016-nın qrup mərhələsinin növbəti oyunları keçirilib<b style="color:red"></b>

AVRO-2016-nın seçmə mərhələsində V turun növbəti oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, daha 3 qrupda 8 qarşılaşma baş tutub.
 
Belə ki, Almaniya səfərdə Gürcüstanın qonağı olub. Bundestim təmsilçisi 0:2 hesabı ilə qalib gəlib. Bu qarşılaşma eyni zamanda Bakının “İnter” klubunu da çalışdıran Kaxaber Sxadadzenin millidə ilk seçmə oyunu olub. O, paytaxt təmsilçisindən 3 futbolçu – Baçana Sxadadze, Laşa Salukvadze və Aleksandr Amisulaşvilini dəvət edib. Təcrübəli çalışdırıcı yalnız sonuncuya şans versə də, müdafiəçi 4-cü dəqiqədə zədə səbəbindən meydandan əvəzlənib.
 
D qrupunun lideri Polşa İrlandiyaya səfər edib. Görüşdə hərəyə 1 dəfə fərqlənən komandalar meydanda “sülh bağlayıb – 1:1. Rumıniya Farer adalarını 1:0, Şimali İrlandiya Finlandiyanı 2:1 hesabı ilə məğlub edib. Macarıstan – Yunanıstan matçı isə qolsuz bərabərliklə başa çatıb – 0:0.
 
Albaniya evdə Ermənistana gücünü göstərib. Meydan sahibləri hesabda geri olmasına baxmayaraq, əzmkar qələbə (2:1) qazanıb. Bu görüşdə “Qarabağ”ın futbolçusu Ansi Aqolli də iştirak edib. Start heyətdə meydana çıxan müdafiəçi 90 dəqiqə forma geyinib.
 
Portuqaliya Serbiya ilə münasibətlərinə aydınlıq gətirib. Fernandu Santuşun yetirmələri 2:1 hesablı qələbəyə sevinib.

 





30.03.2015    çap et  çap et