525.Az

Moqerini Ukraynaya səfərini ləğv edib


 

Moqerini Ukraynaya səfərini ləğv edib<b style="color:red"></b>

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Ukraynaya səfərini ləğv edib.

APA-nın TSN.ua xəbər portalına istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin mətbuat katibi David Stulik bildirib.
 
“Federika Moqerini Jan-Klod Yunker ilə birlikdə Kiyevə gəlməyi planlaşdırırdı”, deyə D.Stulik bildirib.
 
Məlum olduğu kimi, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin də Ukraynaya səfəri ləğv olunub. Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı zamanı Aİ rəsmisi səhhətində yaranan problemlərlə əlaqədar səfərinin qeyri-müəyyən müddətə təxirə salınmasını bildirib.
 
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının sədri martın 30-da Kiyevdə Milli İslahat Şurasının iclasında iştirak etməli idilər.

 





30.03.2015    çap et  çap et