525.Az

"Qırım" qəzeti Fikrət Qocanın yaradıcılığından yazıb


 

"Qırım" qəzeti Fikrət Qocanın yaradıcılığından yazıb<b style="color:red"></b>

Azərbaycanın Xalq şairi Fikrət Qocanın 80 illiyi münasibətilə Krım Muxtar Respublikasının "Qırım" qəzetinin 2015-ci il, 18 mart sayında ədibin yaradıcılığına geniş yer verilib.

"Xalqını tükənməkdən qorumasan, gec-tez tarixin səhnəsindən silinə bilər" başlıqlı təqdimatda Xalq şairinin tərcümeyi-halı verilib.

Altmışıncılar ədəbi nəslinin ən önəmli nümayəndələrindən biri kimi səciyyələndirilən Fikrət Qocanın qəzetdə "Krıma qar yağır", "Qara dəniz", "Xalq", "Qaplanın arzusu", "Canbazlar", "Xatın kəndi", "Keçdi getdi" şeirləri yer alıb. Şeirləri Krım tatarcaya İlqar Qasımov tərcümə edib.

S.ABDULLAYEVA

 

 





30.03.2015    çap et  çap et