525.Az

Azərbaycan şairlərinin şeirləri "Literaturnaya qazeta"da


 

Azərbaycan şairlərinin şeirləri "Literaturnaya qazeta"da <b style="color:red"></b>

Moskvada nəşr olunan "Literaturnaya qazeta"nın 4 səhifəlik əlavəsində Azərbaycan şairlərinin şeirləri dərc olunub.

Bu barədə redaksiyamıza Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, yazıçı Nəsib Nəbioğlu məlumat verib:

"Literaturnaya qazeta"da Azərbaycan layiqincə təmsil olunub. 21 şairimizin - İbrahim Kəbirli, Faiq Məmməd, Alla Axundova, Tofiq Məlikli, İlham Bədəlbəyli, Zümrüd Quliyeva, Əşrəf Hüseynli, Sultan Mərzili, Tahir Aslanlı, Maya Bədəlbəyli, Sabir Abdulla, Nəsib Nəbioğlu, Əliş Əvəz, Abbas Ağdabanlı, Valeh Rzayev, Yavər Həsən, Afaq Şıxlı, Valeh Saleh, Yaşar Süleymalı, Leyla Şəkili və Nilufər Şıxlının şeirləri çap edilib". N. Nəbioğlu Moskvada yaşayıb-yaradan tanınmış müəlliflərimizin, müasir Azərbaycan poeziyasının nümayəndələrinin əsərlərinin belə bir mötəbər qəzetdə dərc edilməsini təqdirəlayiq hal kimi qiymətləndirib:

"Azərbaycan poeziyasının bu şəkildə təbliği olduqca vacibdir. Bu, həm də Moskvada yaşayan şairlərimiz və yazıçılarımızın Rusiya yazıçıları arasında dostluq və yaradıcılıq əlaqələrinin möhkəmlənməsində atılan ən önəmli addımlardan biridir. Şairlərimizin əsərlərinin bu nömrədə çap olunması "Literaturnaya qazeta" ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun birgə layihəsi əsasında Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovun maliyyə dəstəyi ilə baş tutub".

Səhifəni çapa tanınmış yazıçı, ədəbiyyatşünas Abuzər Bağırov hazırlayıb.

S.ABDULLAYEVA

 





30.03.2015    çap et  çap et