525.Az

Qəlbi geniş, nurla dolu!


 

Qəlbi geniş, nurla dolu!<b style="color:red"></b>

("Adlı, ünvanlı misralar" silsiləsindən)

Filizçaya göndərilib cavan ikən,
Alqışlayıb onu Katex, Qax, Balakən
Deyib burda yataq zəngin, çoxlaylıdır,
Misli, sinkli, qurğuşunlu, qalaylıdır.
"Vətən" deyir gur səsiylə Ağamahmud,
"Yer və insan" dərgisiylə Ağamahmud!

Min-min ilin əvvəlindən soraqlıdır,
Ya dastan, ya nağıl qədər maraqlıdır,
Həyatının Qazaxıstan səhifəsi,
...Arxada çöl, öndə qarlı dağ zirvəsi,
Naxçıvandan Ərdəbilə, Qarsa gedib,
Ağamahmud Türkiyədə çıxış edib.

Təbiəti sevənlərin carçısıtək
Ekoloji haraylara hay verir O,
Təbəqəni ustalıqla "dindirərək",
Fərziyyəni gerçəkliyə çevirir O.
Nüfuzludur, hörmətlidir, şöhrətlidir,
Az danışan, amma şirin söhbətlidir.

Yaddaşında unudulmaz sənətkarlar,
Üzeyir bəy, Bülbül, Şopen, Paqanini...
Sinəsində əlvan şeir çələngi var,
Şairlərin şahı sayır Xaqanini.

...Çuxanlı dost-doğma məkan, abad, ulu,
Şamaxının özüsayaq - xoş duyğulu;
Lalələrdən don geyinər yazda yolu,
Övladının qəlbi geniş, nurla dolu.
Milli ruhlu, dəst-xətslidir qəhrəmanım,
Ağamahmud Səmədlidir,  qəhrəmanım!

 





30.03.2015    çap et  çap et