525.Az

Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb


 

Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Prosesin baxış iclası isə aprelin 7-nə təyin edilib.
 
Qeyd edək ki, M. Bayramov bir müddət əvvəl saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.
 
Onu da qeyd edək ki, Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP-dən namizədliyi irəli sürdüyü üzvü olub.
 





30.03.2015    çap et  çap et