525.Az

BAMF-ın 20 illik yubileyi qeyd olundu


 

BAMF-ın 20 illik yubileyi qeyd olundu<b style="color:red"></b>

Bununla bağlı BMT rəsmisi Azərbaycana gəlib

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasının 20 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Əvvəlcə BAMF-ın sədri Umud Rəhimoğlu tədbiri açaraq qonaqları salamlayıb. Sonra BAMF-ın 20 illik fəaliyyətinə həsr olunmuş “Bəşəriyyət üçün xidmətlərə görə” filmi nümayiş etdirilib.

BAMF-ın informasiya Departamentindən 525.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Bahar xanım Muradova çıxış edərək BAMF-ın sədrini və kollektivini yubileylə bağlı ürəkdən təbrik edib. BAMF-ın fəaliyyətini yüksək qiymətləndirən B.Muradova Fondun Azərbaycanda çox vacib işlər gödüyünü xatırladıb: “Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda çox mühüm layihələrə imza atıb. Qeyd etməliyəm ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti artıq Azərbaycan çərçivəsinə sığımır. BAMF dünya miqyasında layihələr həyata keçirməyə layiqdir. Bu işdə Umud müəllim başda olmaqla bütün kollektivə uğurlar arzulayıram”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev öz çıxışında BAMF-ın vətəndaş cəmiyyəti quruculuğundakı səmərəli fəaliyyətindən danışıb, fondun bu istiqamətdə keçdiyi yola qısa ekskurs edib. Yubiley münasibəti ilə Umud Rəhimoğlunu təbrik edən A.Quliyev öz adından, rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının adından BAMF sədrinə xatirə hədiyyəsi bağışlayıb. Azərbaycan Respublikası Prezident Administrasiyasının  ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxış edərək Azərbaycan Respublikası Prezident Administrasiyasının  ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun adından U.Rəhimoğlunu və BAMF kollektivini təbrik edib. O, Azərbaycanda dövlətin qeyri-hökumət təşkilatlarına verdiyi dəstəkdən, ölkəmizdə bu istiqamətdə aparılan işlərdən danışıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov çıxış edərək BAMF-a və onun sədri Umud Rəhimoğluna Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika  Komissiyasının sədri Əli Həsənovun təbrikini çatdırıb. O, təmsil etdiyi qurumun qeyri-hökumət təşkilatları, o cümlədən BAMF-la əlaqələrindən danışıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov da  yubiley münasibəti ilə BAMF-ın sədri Umud Rəhimoğlunu və kollektivi təbrik edib, rəhbərlik etdiyi təşkilatla BAMF arasındakı 12 ildən çox davam edən səmərəli əməkdaşlıqdan danışıb. 

BMT katibliyi adından yubiley təbriki çatdırmaq üçün Azərbaycana gələn BMT-nin İqtisadi-Sosial Şurasının-ECOSOC-un QHT bölməsinin rəhbəri Andrey Abramov da çıxış edib. O, BMT  katibliyinin təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb. Məktubda BAMF-ın BMT-nin Minilliyin İnkişaf Hədəfləri istiqamətində gördüyü işlər yüksək dəyərləndirilmiş, zəif təbəqədən olan insanlara yönəlik fəaliyyəti, eləcə də konfliktlərin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən işləri təqdir edilmişdir. Bu mənada təşkilatın fəaliyyəti örnək kimi diqqətə çatdırılmışdır.

 

Eyni zamanda BAMF-ın quruculuğunda və fəaliyyəti dövründə yaxından iştirak edən əcnəbi qonaqların, millət vəkillərinin, ictimai-siyasi xadimlərin fikir və rəyləri dinlənilib. Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin rəhbəri Davud Rəhimov rəhbərlik etdikləri təşkilatlar adından U.Rəhimoğluna xatirə hədiyyələri təqdim ediblər. “Ümid” Humanitar və Sosial Dayaq Mərkəzinin rəhbəri İsrail İsgəndərov da çıxış edərək U.Rəhimoğlunu və BAMF kollektivini təbrik edib. Onların sırasında xüsusi olaraq yubiley tərdbirində iştirak etmək üçün Azərbaycana gəlmiş Riçardas Lapayitis, Modris Auzinş də olub. Sonda U.Rəhimoğlu tədbirə qatılan hər kəsə öz təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycanının dövlət rəsmiləri, millət vəkilləri, bir çox xarici ölkədən gəlmiş qonaqlarla yanaşı beynəlxalq təşkilatların, BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, o cümlədən Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri, media mənsubları, millət vəkilləri də iştirak ediblər.

Xatırladaq ki, BAMF 1992-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BMT-nin İqtisadi- Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) üzvüdür.

2007-ci ildən Azərbaycan Respublikasında fəaliyyətləri Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən təşkilatların siyahısına daxil edilən BAMF Milli QHT Forumunun, Azərbaycan Mətbuat Şurasının yaradıclaırndandır.

 





04.12.2012    çap et  çap et