525.Az

Yunus Oğuz Türkiyənin yayın şirkəti ilə anlaşma imzalayıb


 

Yunus Oğuz Türkiyənin yayın şirkəti ilə anlaşma imzalayıb<b style="color:red"></b>

Yazıçı-publisist Yunus Oğuz, tərcüməçi Hüseyn Adıgözəl və Türkiyənin Bilge Kültür Sanat Yayın Dağıtım Sənaye və Ticarət LTD Şirkəti arasında anlaşma imzalanıb.

Bu anlaşmaya görə türkiyə türkcəsinə çevrilən kitabların bu şirkət tərəfindən ekskuliziv hüquqları alınıb.

"Olaylar"ın xəbərinə görə, ilkin olaraq müəllifi Yunus Oğuz olan və Hüseyn Adıgözəl tərəfindən Türkiyə türkəcisinə uyğunlaşdırılan "Təhmasib şah", eləcə də "Şah arvadı və cadugər" əsərləri bundan sonra 5846 saylı Fikir və Sənət  Əsərləri Qanununa uyğun olaraq sözügedən şirkət tərəfindən nəşr edilib yayılacaq və həmin əsərlərin satışı təşkil olunacaq.

 

 





31.03.2015    çap et  çap et