525.Az

Avropa Komissiyasından "Google"a ittiham


 

Avropa Komissiyasından "Google"a ittiham<b style="color:red"></b> Avropa Komissiyası ABŞ-ın “Google” internet şirkətinə qarşı antiinhisar qanunvericiliyini pozmaqla bağlı rəsmi ittiham irəli sürmək niyyətindədir.
 

525.az-ın RYTN-nin rəsmi saytıba istinadən iddianın yaxın həftələr ərzində qaldırılacağı gözlənilir.
 
Avropa Komissiyası ABŞ şirkətini məhsul və xidmətlərinin tanıdılması üçün internet axtarışı bazarında lider mövqeyindən (şirkət Aİ bazarının 90 faizinə sahibdir) sui-istifadədə, eləcə də rəqiblərinin kontentinin surətini çıxarmada, reklamçıların və proqram təminatı tərtibatçılarının fəaliyyətini haqsız məhdudlaşdırmada ittiham edir.
 
Aİ hakimiyyətinin ittihamı irəli sürəcəyi təqdirdə şirkət üç ay müddətində Aİ qanunvericiliyini pozmaması ilə bağlı sübutlar təqdim etməli və ya mübahisəsinin həlli üçün yeni variant təklif etməli olacaq.
 
Avropa Komissiyası tərəfindən “Google”un mövqeyi öyrənildikdən sonra yekun qərarın veriləcəyi gözlənilir.
Aİ qanunvericiliyinə görə, “Google”un antiinhisar qanunvericiliyini pozması sübuta yetirilsə, şirkət Avropa Komissiyası tərəfindən illik mədaxilin 10 faizini təşkil edən məbləğdə cərimə oluna bilər, - “ NEWSru” yazır.
 





03.04.2015    çap et  çap et