525.Az

Antalya forumu


 

“DİALOQ AVRASİYA”NIN BUDƏFƏKİ FORUMU İQTİSADİYYAT SAHƏSİNDƏKİ MƏSƏLƏLƏRİN MÜZAKİRƏSİNƏ HƏSR OLUNUB

Antalya forumu <b style="color:red"></b>

Türkiyənin Antalya şəhərindəDialoq Avrasiya” (DA) Platformasının düzənlədiyiDünya İqtisadi düzəni yeni düşüncədəmövzusunda Konfrans keçirilib. Noyabrın 30-da başlayan 2 gün davam edən Konfransa dünyanın 21 ölkəsindən ziyalılar iqtisadçı alimlər, həmçinin Azərbaycandan Xalq yazıçısı Anar, millət vəkili Nizami Cəfərov, Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, professor Qulu Məhərrəmli, “525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov, Azərbaycan Turizm İnstitutunun direktoru Cəfər Cəfərov başqaları iştirak ediblər.

 

Konfransın açılış mərasiminəDialoq Avrasiyanın Azərbaycan üzrə nümayəndəsi Mustafa Saatçı aparıcılıq edib. Mustafa Saatçı öz çıxışında iştirakçıları salamlayaraq aşağıdakıları vurğulayıb: “İnsanlar arasında olduğu kimi, toplumlar, cəmiyyətlər, mədəniyyətlər arasında da dialoq, bir-birini anlama, tanıma çox vacib məqamlardandır. Fərqlilikləri, ortaqlıqları, gələcəklə bağlı təsəvvürləri görmək, insani dəyərlərin daha yüksək şəkildə var olduğu yeni bir dünya qurmaq üçün dialoq ən önəmli vasitələrdən biridir. 1998-ci ildən fəaliyyət göstərənDialoq AvrasiyaPlatformasında demokratiya, insan haqları, bazar iqtisadiyyatı qarşılıqlı dialoq kimi anlayışlar təməl prinsipləri kimi qəbul edilib. DA əsasən cəmiyyətlərin bir-birini intellektual mədəni fəaliyyətlərlə daha yaxından tanımasına önəm verib. Bu baxımdan Ukrayna Milli Komitə başkanımız Serqey Teleş bu toplantıları Sosial Davos olaraq dəyərləndirib. Bəli, biz bu toplantılarımızı əsasən sosial, mədəni məsələlərin müzakirə olunduğu Antalya Forumu kimi gerçəkləşdiririk. Biz iqtisadi əxlaqi dəyərlərin eyni çərçivədə yer almasının ölkələrimizə gətirəcəyi üstünlüklərə önəm veririk”.

 

Sonra söz alanDialoq Avrasiyanın dönəm başqanı, Kiyev Taras Şevçenko Universitetinin professoru Vladimir Serqeyçuk Antalya Forumuna uğurlar diləyərək iştirakçılar üçün faydalı keçəcəyinə ümid etdiyini bildirib. Daha sonra Rusiya Federasiyası Sankt-Peterburq Ticarət müdiri Vladimir Katanev,  Bank Asiyanın baş direktoru Abdulla Çelik, Cümhuriyyət Xalq Partiyası İqtisadi siyasət üzrə sədr müavini, millət vəkili Faik Öztrak başqaları çıxış ediblər.

 

Mustafa Saatçı dünya iqtisadi krizisinə rəğmən Türkiyə iqtisadiyyatının inkişaf etməsində böyük rolu olan iqtisadiyyat üzrə baş nazirin müavini Əli Babacana söz verib. Baş nazirin müavini son illərdə Türkiyə iqtisadiyyatının möhkəmlənməsi inkişafı istiqamətində görülən işlərdən danışaraq dünya iqtisadiyyatından yayınmağın yolunun heç qapıları bağlamaq olmadığını söyləyib: “Türkiyə dünya iqtisadi böhranı dövründə öz qonşuları ilə əməkdaşlıq etməkdən çəkinmədi, iqtisadi böhrandan çıxmağın yolunu açıq bazar iqtisadiyyatında gördü”. Baş nazirin müavini tədbirə uğurlar arzulayıb forumda müzakirə olunan məsələlərin müasir dünya üçün gərəkli bəhrələr verəcəyinə inandığını söyləyib.

 

Daha sonra Əli BabacanDialoq Avrasiyanın qurulmasında, inkişafında xidmətlərinə görə  Roza Aytmatova, Xalq yazıçısı Anar, Rusiya Elmlər Akademiyasının üzvü Rostislav Rıbakov, Beynəlxalq Qaradəniz Universitetinin prorektor Guliya Alasaniya, Qazaxıstan Yazarlar Birliyinin sədri Nurlan Orazalin, Boris Marian, DA-nın dönəm başqanı Vladimir Sergeyçuk, DA-nın eks baş katibi Erkam Tufan Aytava fəxri mükafatlar təqdim edib.

 

Konfrans çərçivəsindəDünya iqtisadiyyatı problemləri”, “Dünya iqtisadiyyatına yeni yanaşma”, “Qlobal institutların yenidən qurulması”, “İqtisadiyyat əxlaqi dəyərlərmövzularında iclaslar keçirilərək Moldova, İngiltərə, ABŞ, Çin, Türkiyə, Rusiya, Hindistan, Ukrayna, Almaniya başqa dövlətlərdən olan iqtisadçıların məruzələri dinlənilib. Azərbaycandan Bakı Dövlət Universitetinin professoru Şahlar ƏsgərovunAz inkişaf etmiş ölkələrdə inkişaf qlobal dünyada gəlirin qeyri-bərabər paylanmasımövzusunda etdiyi çıxış prezentasiya xüsusi maraqla qarşılanıb.

 

Konfransın bağlanışınıDialoq Avrasiyaforumunun icraçı katibi İsmayıl Tas aparıb. Bağlanış mərasimində Qazaxıstan millət vəkili Adil Ahmetov, Türkiyə millət vəkili Mehmet Sağlam, “Dialoq Avrasiyanın Azərbaycan üzrə milli komitəsinin rəhbəri, millət vəkili Nizami Cəfərov başqaları çıxış edərək görülən işlərdən gələcək planlardan danışıblar. Daha sonra Vladimir Sergeyçuk 2010-2012-ci illərdə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Sonra Vladimir Sergeyçuk məqalə müsabiqəsinə fəxri diplomlar təqdim edib.

 

Tədbirin sonuncu bölümündə 2012-2014- illər üçünDialoq AvrasiyaForumuna yeni sədr seçilməsi prosesi keçirilib. Qazaxıstan Qırğızıstan nümayəndə heyəti DA-nın Belarus milli komitəsinin rəhbəri, Belarus Dövlət Sənət Akademiyasının prorektoru, professor Svetlana Vinokurovanın namizədliyini irəli sürüblər. Namizədlik səsə qoyulub yekdilliklə qəbul olunub. Eks həmsədr Vladimir Sergeyçuk, həmçinin Türkmənistan Qazaxıstan nümayəndə heyətləri yeni həmsədrə hədiyyələr təqdim ediblər. Türkiyəli həmsədr Harun Tokakın sağlamlığı ilə bağlı öz vəzifəsindən getmək istəyi müzakirə olunub. “Dialoq Avrasiyanın ilk başqanlarından olan Xalq yazıçısı Anar DA-nın Azərbaycan nümayəndəsi Mustafa Saatçının qənaətbəxş fəaliyyətindən, gördüyü işlərdən danışaraq həmsədr olması təklifilə çıxış edib. Müzakirələrdən sonra Platforma Harun Tokakın həmsədr kimi fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun sayıb. Sonda forum öz işini yekunlaşdırıb.

 

NƏZRİN
 





05.12.2012    çap et  çap et