525.Az

Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb


 

Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb<b style="color:red"></b>

İzmir-Dənizli marşrutu ilə hərəkət edən sərnişin qatarı İzmirin Pancar qəsəbəsi yaxınlığında relsdən çıxıb, vaqonlardan biri aşıb.

APA-nın  “Cumhuriyet”e istinadən verdiyi xəbərə görə, qəza nəticəsində bir neçə sərnişin xəsarət alıb. 
 
Hadisə yerinə həkim briqadaları, polis və xilasedicilər cəlb olunub. “Anadolu”nun məlumatına görə, sərnişinlərin mənzil başına çatdırılması üçün yerli hakimiyyət qurumları tərəfindən avtobuslar ayrılıb.  
 
Qəzanın səbəbləri məlum deyil. Araşdırma aparılır.

 





04.04.2015    çap et  çap et