525.Az

“Sevastopol uğrunda döyüş” jurnalistlər üçün nümayiş etdirilib


 

“Sevastopol uğrunda döyüş” jurnalistlər üçün nümayiş etdirilib<b style="color:red"></b>

“Park Cinema” Kinoteatrlar şəbəkəsi tərəfindən Bakıda “Sevastopol uğrunda döyüş” filminin mətbuat üçün nümayişi keçirilib.

Melodram və döyüş janrında olan “Sevastopol uğrunda döyüş” filmini Yeqor Olesovun ssenarisi əsasında rejissor Sergey Mokrovitski ekranlaşdırıb.
 
Film əfsanəvi snayper-qadın Lyudmila Pavliçenkonun həyat yolundan bəhs edir. Hərb meydanında ölüm və əzablar görən qadın üçün əsl sınaq müharibənin onun əlindən ala biləcəyi sevgisi olur. Çəlimsiz qadın bu çətinliklərin öhdəsindən cəsarətlə gələ bilir. Filmdə obrazları Yuliya Peresild, Yevgeni Tsıqanov, Coan Blekem, Nikita Tarasov, Vilen Babiçev, İlya Prokopiv, Sergey Anaşkin, Aleksandr Polovets, Polina Paxomova və Sergey Bondarenko canlandırırlar.

Artıq “Sevastopol uğrunda döyüş” filminin “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayişinə başlanılıb.

S.ABDULLAYEVA

 





04.04.2015    çap et  çap et