525.Az

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq


 

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq<b style="color:red"></b>

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsində iştirak etməyəcək.

“Eurovision”un mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur:
 
“Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə “Eurovision 2015”-də iştirak etməyəcək”.
 
Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı. 

 





06.04.2015    çap et  çap et