525.Az

Latviya səfiri dünyasını dəyişib


 

Latviya səfiri dünyasını dəyişib<b style="color:red"></b>

Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib.

Bu barədə APA-ya teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq edən  Emin Musəvi məlumat verib.
 
Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib. “O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb", - deyə Emin Musəvi bildirib.
 
1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib. Qeyd edək ki, Hardis Baumanis fəaliyyətini Latviya XİN-də davam etdirmək üçün yayda ölkəsinə dönməliymiş.

 





07.04.2015    çap et  çap et