525.Az

“Yeni Üfüq” cəbhə bölgəsində - Fotolar


 

“Yeni Üfüq” cəbhə bölgəsində - <b style="color:red">Fotolar</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Sən də qoşul-2” adlı xeyriyyə aksiyasının davamı olaraq, bu gün təşkilat nümayəndələri Tərtərin cəbhə xəttində yerləşən Çaylı kəndində olublar.

Birlikdən 525.az-a verilən məlumata görə, təşkilat sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli burada yaşayan kənd sakinləri söhbət ediblər və problemləri ilə maraqlanıblar.

Daha sonra “Sən də qoşul-2” adlı xeyriyyə aksiyası zamanı əldə edilən vəsait hesabına alınan sovqatlar, müxtəlif hədiyyələr burada təhsil alan orta məktəb şagirdlərinə və imkansız ailələrə paylanılıb.

 





07.04.2015    çap et  çap et