525.Az

Bakıda daha bir körpə ölümü


 

Bakıda daha bir körpə ölümü <b style="color:red"></b>

Bakıda doğuş zamanı körpə ölümü baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatanda yerləşən 4 saylı Doğum Evində qeydə alınıb.
 
Gülnur Bəhruz qızı Şahverdiyevanın dünyaya gətirdiyi uşaq ölüb. Uşağın hansı səbəbdən ölməsi hələlik məlum deyil.
 
4 saylı Doğum Evindən APA-ya faktı təsdiqləsələr də, əlavə açıqlama verilməyib.
 
Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 





07.04.2015    çap et  çap et