525.Az

Azərbaycan və Mərakeş Milli kitabxanaları əməkdaşlıq edəcək


 

Azərbaycan və Mərakeş Milli kitabxanaları əməkdaşlıq edəcək <b style="color:red"></b>

Mərakeş Milli Kitabxanasının direktoru Driss Khrouz aprelin 6-da Azərbaycan Milli Kitabxanasında olub.

Görüşdə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Həsən Hami də iştirak edib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirovla tanış olan Driss Khrouz Azərbaycana səfərindən məmnunluq duyduğunu söyləyib, elm, mədəniyyət ocağında görüşmək imkanına şərait yaratdığı üçün səfirə minnətdarlığını  bildirib.

Azərbaycan Milli Kitabxanası haqqında ətraflı məlumat verən Kərim Tahirov Milli Kitabxananın fəaliyyətindən, nailiyyətlərindən, uğurlarından, beynəlxalq əlaqələrindən, beynəlxalq təşkilatlara üzvlükdən danışıb,  Azərbaycan Milli Kitabxanası, AMEA-nın Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında imzalanacaq üçtərəfli Əməkdaşlıq Memorandumunun beynəlxalq əlaqələrin qurulmasına zəmin yaradacağını bildirib. K.Tahirov memorandum üzrə kitab və biblioqrafik resurs, təcrübə mübadiləsinin, seminar və konfranslar keçirilməsinin, kitab sərgilərinin təşkilinin mümkünlüyünü qeyd edib. Mərakeşə aid Azərbaycan Milli Kitabxanasında çox az ədəbiyyatın mühafizə olunduğunu qeyd edən direktor növbəti tədbirdə zəngin ədəbiyyatdan ibarət sərginin təşkil olunacağına əminliyini vurğulayıb.

Driss Khrouz Mərakeş Milli Kitabxanası (MMK) haqqında qısa məlumat verib, MMK-nın yeni texnologiyalardan fəal istifadə etdiyini, fondun yarısının artıq rəqəmsallaşdığını açıqlayıb. D.Khrouz həmkarı K.Tahirovu Mərakeş Milli Kitabxanası ilə tanış olmağa dəvət edib.

 





07.04.2015    çap et  çap et