Xəzərin Azərbaycan sektorunda üç balıqçı itkin düşüb.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin axtarışlarına başlayıb.
Əlavə məlumat veriləcək.
çap et