525.Az

Bakıda qutunun içində uşaq tapıldı


 

Bakıda qutunun içində uşaq tapıldı<b style="color:red"></b>

Bakının Yeni Günəşli qəsəbəsində karton qutunun içərisində 1 həftəlik oğlan uşağı tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 7-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsi ev 11-in girişində karton qutunun içərisində 1 həftəlik oğlan uşağı tapılıb. Uşaq 1 saylı Ə.Qarayev adına doğum evinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 





08.04.2015    çap et  çap et