525.Az

“Milli və mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq” - Fotolar


 

“Milli və mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq” - <b style="color:red">Fotolar</b> Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik-2” adlı növbəti tədbirini Göyçayda keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpıb.

Onun sözlərinə görə, Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya edib:

“Amma bu inteqrasiya mərhələsində ata-babadan bizə miras qalan bu adət-ənənələrin əsas mahiyyəti dəyişməməlidir. Bu da əsasən gənc nəslin formalaşması və tərbiyəsi istiqamətində atılan addımlarda özünü biruzə verir. Ona görə də hər birimiz ailəmizdə bu mühüm məsələyə diqqət yetirməliyik”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, millətinə və dövlətinə sahib olmayan inanclı ölkə vətəndaşının imanlı olması şübhə doğurur. Onun sözlərinə görə, bu gün milli və mənəvi dəyərlərə sahib olan ölkə gəncinin cihad yeri Qarabağ olmalıdır:
 
“Biz torpaqlarımızın azadlığı üçün imana sahib olduğumuz qədər də milli və mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq”. 

Tədbirdə Göyçay Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova tədbirlə bağlı öz fikirlərini bölüşüb.
 





08.04.2015    çap et  çap et