525.Az

Mən yenə sizinləyəm, ustad!


 

Mən yenə sizinləyəm, ustad! <b style="color:red"></b>

Düz 13 ildir ki, bu fakt yaddaşımın tən ortasında dayanır: “Dekabrın 5-i Cəmil müəllimin dünyaya gəldiyi gündür”. Artıq neçə ildir ki, mən bir neçə gün öncədən bu tarixlə yaşayır, yaddaş kodlarımda bu tarixi yaşadır ... sonra da əlim heç nəyə, heç yana çatmadığı üçün unuduram.

 

Mən bu il dekabrın 5- 85 yaşı (MAŞALLAH!!!) tamam olan Cəmil Əlibəyovu nəzərdə tuturam.

 

Əlibəyov Cəmil Adil oğlu (d. 5.12.1927, indiki Füzuli rayonunun Dədəli k.) – Azərb. sovet yazıçısı, jurnalist. Azərb. SSR əməkdar mədəniyyət işçisi (1976), Azərb. Lenin komsomolu mükafatı laureatı (1968). 1957 ildən Sov.İKP üzvü. Əmək adamlarına həsr olunmuş oçerk kitablarının, “Sınaq” (1966), “Özümü axtarıram” (1969), “Mənim analı dünyam” (1973), “Həyatın özü” (1975), “Dözümlü məhəbbət” (1977) roman povestlərinin, pyes ssenarilərin müəllifidir. Ç.AytmatovunAna tarla”, “İlk müəllim”, “Nağılın axırıpovestlərini, J.Sandınİndianaromanını (Z.Babayevlə birgə) Azərb. dilinə çevirmişdir. “Azərbaycan gəncləriqəzetinin redaktoru (1959-1970), Azərb. SSR Dövlət Televiziya Radio Verilişləri Komitəsinin sədr müavini (1970-1974) olmuşdur. ”Azərbaycanfilmin direktorudur (1974). Bəzi əsərləri SSRİ xalqları dillərinə tərcümə edilmişdir. Qırmızı Əmək Bayrağı ordeni medallarla təltif olunmuşdur” [Azərbaycan sovet ensiklopediyası, 4- cild, səh. 109 – Bakı, 1980].

 

Bu da C.Əlibəyovun bioqrafiyasının ensiklopediyadan sonrakı davamı:

 

Azərbaycanfilmin direktoru (1974-1984), Azərbaycan Dövlət Nəşriyyatının – “Azərnəşrin baş redaktoru direktoru (1984-1988), “Kommunistqəzetinin redaktoru (1988-1990), “Yazıçınəşriyyatının baş redaktoru (1990-1992), “Novruzqəzetinin baş redaktoru (1992-1994), “Vahidqəzetinin baş redaktoru (1994), “Elm həyatnəşriyyatının həmtəsisçisi direktoru (1995 – indiyədək)...


 lll

 

...Mirzəbekyantsların mülkü kimi tanınan yeddimərtəbəli binanın çardağında yerləşən tələbə yataqxanamızıAzərbaycan gənclərinin yataqxanasından ikiyarım mərtəbəlik məsafə ayırırdı. 67-ci ilin (keçən əsrdən danışıram!) noyabr ayının 3-ü, cümə günüydü. Axşamtərəfi, təxminən saat 5-in yarısında hələ düz-əməlli tanış ola bilmədiyim (sentyabr-oktyabr aylarını Bərdə rayonunun Mustafaağalı kəndində pambıq yığımında keçirmişdik) qrup yoldaşlarımın gözünü oğurlayıb, 16 yaşlı yeniyetmə kəndli ağlıynan yenicə qaraladığım hekayəni... redaktora göstərmək üçün redaksiyaya düşdüm...

 

Qapının dəstəyini ərkyana özümə tərəf çəkdim. Qapı rahatca aralandı. İçəridə, üstü parıldayan uzun stolun yuxarı başında oturan ortayaşlı redaktor həmin vaxtacan yalnızƏdəbiyyatdərsliklərindən şəklini gördüyüm ona görə bu anda dərhal tanıdığım çalsaçlı azman cüssəli kişiyləxalq yazıçısı Süleyman Rəhimovla şirin söhbət edirdi. İkisinin nəzərləri eyni vaxtda mənə tərəf çevrildi ... heç demədən qapını örtdümanladığım bu oldu ki, “redaktor məşğuldur, gözləmək lazımdır”.

 

...OnlarDədə Süleyman qabaqda, redaktor da arxasıncaqucağında çox iri gül dəməti qoltuğunun altında şişman portfel olduğu halda otaqdan çıxanda saat 7- qalırdı.

 

Kimi gözləyirsən, bala? – “Nəsrimizin ağır artilleriyasısoruşdu.

 

– “Gənclərin redaktorunu, – dedim. Qapını bağlayan redaktor isə:

 

Gecdir daha, – dedi. – Təcili deyilsə, birinci gün gələrsən, şənbə-bazar redaksiya işləmir.

 

Axı mən bayaqdan gözləyirəm, hekayə gətirmişəm, – deyə israr elədim, üstəlik qarşımdakının SÜLEYMAN RƏHİMOV olduğunu sanki unudaraqhekayəkəlməsini dilə gətirdim. İndiki ağlımla gözləmədiyim reaksiyanı gördüm:

 

Əgər bu uşaq bir hekayənin xətrinə qapının dalında bir belə gözləyibsə, biz bir-iki dəqiqəmizi ona bağışlaya bilərik. – S.Rəhimovun bu sözləri əslində redaktora ayrı fikri diktə eləyirdi, yəniqulaq as, gör, sözü var”.

 

Göstər, görək yazıbsan? – Redaktorun bu sözləriniOxu, görək...” – kimi qəbul elədim alaqaranlıqda, astanadaca beş-altı dəftər vərəqi həcmində, əlyazmahekayəmi birnəfəsə oxudum. Bir növAğacların bəhsi bənzəyən bu yazıda ondan söhbət gedirdi ki, yar-yoldaşından ayrılıb talanın seyrəkliyinə çəkilən tək-tənha göylərə ucalan çinar günlərin birində qopan tufana tab gətirə bilmir, ildırım onunbelini qırır”...

 

Dədə Süleyman, yəqin ki, məzmuna görə, “Pis deyil” – dedi dərhal daəmmasını qoydu: – Bizim düşüncəmizdə dəyanət, vüqar rəmzi olan çinarı bu şəkildə, mənfi çalarda vermək olarmı? – sınayıcı nəzərlərlə redaktora baxdı.

 

Yox, əlbəttə ki, çinarı bu keyfiyyətdə... – Hər halda qapının ağzındaca, ayaqüstü söhbətdən ayrı bir şey gözləmək olmazdı. – Yox, bu, yaramaz. Ayrı yazıların olsa, gətir, bizim ədəbiyyat şöbəsinin müdiri Fikrət Qocadır, bir yerdə oxuyarsınız, bəyənsə, mənə təqdim edər, – redaktor söhbətə bu tərzdə nöqtə qoydu.

 

...Çardaqxana-yataqxananı növbəti ilin avqustunda, könüllü tərk elədim tələbəsi olduğum plan-uçot texnikumuna da elə onda biryolluqƏlvida!” – dedim. Səbəbi çox sadəydi: Azərbaycanın yeganə universitetinə qəbul olunmuşdum. “Gənclərə bir dahahekayəaparmadım. Altı il sonra mən həmin qəzetdə qəzetçi ömrümə başlayanda həmin redaktor, yəni Cəmil Əlibəyov artıqAzərbaycanfilmkinostudiyasının direktoru idi...

 

lll

 

76- ilin yazındaQobustanincəsənət toplusu bütöv bir nömrəsini Azərbaycan kinosunun 60 illiyinə həsr eləməyi qərarlaşdırmış (o vaxt kinomuzun tarixi 1916- ildən hesablanırdı) toplunun şöbə müdiri Tofiq Abdin birdən-birə mənə iki yazı hazırlamağı tapşırmışdı: Dövlət Kinematoqrafiya Komitəsinin sədri Hüseyn Axundovla C.Cabbarlı adına kinostudiyanın direktoru Cəmil Əlibəyovla müsahibə.

 

Dövlət komitəsindən müvafiq arayışı alandan sonrarespublikada əhaliyə kino xidməti haqqındamüsahibəni dərhal quraşdırıb Tofiqə ötürdüm, kinostudiyadan isə arayış-filana da ehtiyac yoxdu: həmin dövrdə mən özümü Azərbaycan kinosu üzrə yetərincə məlumatlı jurnalist sayırdım hətta 1974- ildəVQİKinçox nüfuzlu Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsinə imtahanqabağı yaradıcılıq müsabiqəsində uğurla iştirak eləmişdim... Bəli, şəxsi hazırlığıma güvənərək, C.Əlibəyovlamüsahibənin mətnini yazdım çapına icazə almaq üçün kinostudiyaya yollandım.

 

Cəmil müəllim işinin çoxluğu ucbatından məni candərdi qəbul elədi, “Qobustanüçün hazırmüsahibəni ona təqdim edəndə isə sifəti qapqara qaraldı. Qanımın arasınaAzərbaycan gənclərigirdi, yəqin ayrı bir cavan jurnalist belə qələt eləmiş olsaydı, onu kabinetindən qovar buna yüzdə-yüz haqqı da çatardı. Mənə isə o, ayrı söz dedi: “Qoy qalsın, arxayın baxaram, sonra gəlib apararsan. “Qobustansənət toplusudur, ora üçün peşəkarcasına söz demək lazımdır...”.

 

...Növbəti görüşümüzdə Cəmil müəllim başlığından imzasınacan təzədən yazdığı müsahibənin mətnini mənə uzadıb könül alan bir cümlə söylədi: “Bunu apar, dərc elətdir jurnalda. Sağlıq olsun, bir görüşübGənclərüçün söhbətləşərik...”.

 

Təcrübəli qələmdaşlarım müsahibəni elə əlyazmasındaca xeyli təriflədilər, onu yaradıcılıq uğurum kimi qiymətləndirdilər: Cəmil müəllim söhbətin bir yerində futbol terminologiyasından istifadə eləməklə maraqlı müqayisə aparmışdı, mənim o illərdəGənclərüçün futboldan yazmağım onları çaşdırmış, müsahibəni özümün yazdığıma şəkk-şübhə etməmişdilər...


lll

 

Bir düz on il sonra görüşdükrəhmətlik Yusif İsmayılovunAzərnəşr Baykal-Amur magistralının (BAM) tikintisində Azərbaycanın, azərbaycanlıların iştirakı barədə kitabı çapa hazırlanırdı, məni dilə tutub nəşriyyatabaş redaktorun yanına apardı. Söhbətin bir yerində Yusif ictimai-siyasi mövzularda maraqlı yazılarımın olduğunu söylədi, bir-iki yazımın da adını çəkdi ... Cəmil müəllim yaxın iki-üç ay ərzində əlyazmanın təqdim olunacağı təqdirdə kitabı elə növbəti – 1987-ci ilin tematik planına saldırmağın mümkünlüyünü bildirdi.

 

lll

 

Növbəti dəfə isə təxminən iki ildən sonra – 88-ci ilin oktyabrındaKommunistqəzeti redaksiyasında üzləşdik: mən düz altı aydı ki, burada məsul katib idim, o isə ikicə həftə qabaq Qəbələyə raykom katibi göndərilmiş rəhmətlik Ramiz Əhmədovun əvəzinə qəzetə redaktor (o vaxt bütün SSRİ- bir-iki mətbu orqandan savayı heç yerdə, o cümlədən Azərbaycanda baş redaktor vəzifəsiifadəsi yox idi) gəlmişdi. Həm deyilənə görə, redaksiyadan uzaqlaşdırılmağa namizəd olanların siyahısı ilə. Siyahının başında isəadamayovuşmaz, ətiacıŞakir Yaqubov dururdu.

 

Düz iki ay bir-birimizi burunlaya-burunlaya işlədik. Ümumiyyətlə, ilk günlər təzə redaktor hamıyaəmmaqoysa da, hər haldaköhnə qvardiyanın təmsilçiləriylə görməyə üstünlük vermək istədiyini gizlətmirdi. Amma acı reallıq beləydi ki, inandığı, ürək qızdırdığıtəcrübəli jurnalistlərin əksəriyyəti GÜNÜN TƏLƏBİNƏ uyğunlaşmaqda çətinlik çəkirdi...

 

O dövrdən yadigar qalanİş qeydləriadlı bloknotumun 1988-ci il dekabrın 12- aid səhifəsindəki sətirlərnövbəti çaparağın (“letuçkanın) yekununda Cəmil müəllimin söylədikləri redaktorun bizlərə yeni münasibətinin az qala ifrat ifadəsi oldu: “Belə bir kollektivlə işlədiyimə görə taleyimə minnətdaram. Belə bir kollektiv formalaşdırmış əvvəlki redaktorların hamısınaHalal olsun!” – deyirəm...”.

 

Bloknotda bu cümlələrdən sonra Cəmil müəllimin ayrıca olaraq məsul katibə ünvanladığı kəlmələr var ki, əsl METR olan bir həmkardan o sözləri eşitmək həqiqi mənada xoşbəxtlik idi. 25 illik qəzetçilik ömrümdə heç bir redaktor VİCDANLI əməyimi o şəkildə qiymətləndirməyib. Çox-çox sonralar özünün yarıgerçək-yarızarafat etiraf etdiyi kimi, adı-soyadıqara siyahının başında duran məsul katibi məhz o, 1989-cu ilin avqustundaƏməkdar mədəniyyət işçisifəxri adını almağa təqdim etdi...

 

Ali Sovetdə fəxri adın diplomu döş nişanı mənə təqdim olunanda – 90- il mayın 5- isə C.Əlibəyov dahaKommunistin redaktoru deyildi bunun birbaşa baiskarlarından biri (“birincisi demək olar) mən idim: yanvarın 20- saat 12 radələrində redaksiyanın foyesində kortəbii şəkildə düzənlənən yığıncaqda üçümüz (öncə məhz üçümüz!) – unudulmaz

sənət müəllimim Rəfail Nağıyev, qələm qardaşım Məzahir Süleymanzadə mən fövrən bəyan elədik ki, “bu qanlı qırğının, amansız faciənin birbaşa səbəbkarı Vəzirov onun komandası olduğu üçün Cəmil Əlibəyovun da daha redaktor kimi bu kollektivə dönüşünə bəraət yoxdur” (məlumat üçün deyim: Cəmil müəllim bir aya yaxındı ki, müalicə alırdı – “leçkomissiyaxəstəxanasından təxminən bir həftə qabaq çıxmışdı, müalicəsini ev şəraitində davam etdirir ara-sıra redaksiyaya gəlib bəzi-para məsləhətlərini verirdi; sonuncu dəfə yanvarın 18- günortadan qabaq yerində olmuşdu).

[Azı 4 ilə yaxın müddət ərzində ürəyimdə xal kimi qalan bir məqamı bu yerdə qeyd etmək istəyirəm. Cəmil müəllim 2008-ci ildə çap etdirdiyiZəmanələrlə üz-üzəxatirə-romanında həmin yığıncağı, onun qeyri-rəsmi qərarını nəyə görəsəuzun müddət redaktor olmaq ehtirası ilə yaşayan birinci müavinin adı ilə bağlayır şəxsən mən buna sidq-ürəkdən təəssüf edirəm. Məni bağışlayın, Cəmil müəllim, belə olmayıb axı! Necə deyərlər, “Vas nepravilno proinformirovali”...]

... yanvarın 21- Cəmil müəllim Məzahirlə məni MK-ya, qəzetin növbəti nömrəsini hazırlamaqla bağlı məsləhətləşmələrə çağıranda, biz isə birmənalı şəkildəSiz artıq redaktor deyilsiniz!” – deyə bəyan edəndə o, heç demədən komendatura tərəfdən MK binasına daxil olub bir neçə dəqiqədən sonra enərək istefa ərizəsi yazdığını bizə söyləyib o vaxtkı Çkalov küçəsinə tərəf yönəldi...

Redaksiya ilə rəsmən mart ayında, Novruz bayramı ərəfəsində üzülüşdü. MK onu buraxmaq istəmirdi, redaksiya kollektivində isə yalnız biz üçümüz axıracan dirəşdik. Cəmil müəllim getdi. Amma az vaxt ötəndən sonraQara yanvarla bağlı xeyli mətləb aydınlaşanda şəxsən mən qəti şəkildə anladım ki, burada Əlibəyovluq bir yoxmuş, həmin yanvar günlərində o cür ədalətsiz qərarı verəndə gözümüzü qan tutubmuş...

Mən bunun peşmançılığı barədə 2003- ildəC.Əlibəyovu hətta vaxtilə redaktoru olduğu qəzetdə hörmətsiz elədikləri, dövlət televiziyasınınməhkəmə iclaslarında fotosunu qara dairəyə aldıqları dövrdə nəşr etdirdiyimTaleyimdən keçənlərkitabımda ətraflı bəhs etmişəm. 240 səhifəlik həmin kitabın təxminən yüz səhifəlik bir materialıBu dünyanın o biri üzüadlanır. Bu, Cəmil müəllimlə zaman, hadisələr insanlar haqqında açıq söhbətdir. Həmin söhbətin izinə 2000-ci ilin fevralında düşmüşdüm, çapına isə yalnız üç il sonra nail ola bildim. Bunun da sadə səbəbi var: üz tutduğum mətbu orqanlar (o cümlədən Yazıçılar Birliyinin nəşrləri) müsahibəni dərc etməkdən ən müxtəlif bəhanələrlə boyun qaçırırdılarguya heç kim ağrımayan başına dəsmal bağlamaq istəmirdi!

Yeri gəlmişkən, Cəmil müəllimdən dolayısıyla üzrxahlığım elə həmin 90- ilin sonundan başlanmışdı: noyabr ayındaAzadlıqqəzetində rəsmi hökumət dolayısıyla C.ƏlibəyovKommunistqəzetində verilmişTopxana harayıyazısıyla Meydan hərəkatınıbaşqa səmtəyönəltməkdə ittiham olunmuşdu. Bu iddianın zərrəcə əsası olmadığını yüzdə-yüz bildiyim üçün irihəcmli təkzib məqaləsi yazdım rəhmətlik Nəcəf redaktoru olduğu qəzetin səhifələrində ona səxavətlə yer ayırdı.

91-ci ilin aprelindəBərəkət” (sovet illərindəSovet kəndi”, 1993- ildən sonra isəHəyat”) qəzetindəhəmin ilin oktyabrınacan Rəfail Nağıyevin baş redaktor olduğu hələ rəsmənMərkəzi Komitənin qəzetisayılan nəşrdə dərc etdirdiyimBayraqadlı publisistik qeydlərdə C.Əlibəyovdan misal çəkdim, onu sovet dövründəAzərbaycanın yeganə islahatçı redaktoruadlandırdım (“Azərbaycan gənclərinin redaktoru olarkən onun məktəb yaşlı yeniyetmələr üçünŞəlaləadlı A-3 formatlı 8 səhifəlik xüsusi buraxılışlar (sovet dövrü üçün möcüzə!) nəşr etməsi, Azərbaycan radiosunda ən uzunömürlü – 40 ildən bəri efirdə səslənənBulaqverilişini açması, “Kommunistqəzetində Meydan hərəkatınına”-danz”-yəcən, günbəgün, əsil bitərəf informasiyaçı kimi işıqlandırılması, milli mədəniyyət mənəviyyatla bağlıÇıraqadlı həftəlik buraxılışın dərc olunması nəhayət, bütün SSRİ- partiya mətbuatı tarixində ilk dəfə qəzet redaktorunun imzasının inisial soyadla deyil, məhz ad soyadla verilməsi (buna qarşıkommunist sayıqlığı iləetirazımı bildirəndə Cəmil müəllimMəni heç kimC.A.Əlibəyovkimi tanımır, məniCəmil Əlibəyovkimi tanıyırlar” – dedi...), məncə, təkcə islahatçılıq yox, həm böyük cəsarət nümunəsiydi. Halbuki bəy nəslinin törəməsi olan C.Əlibəyov bütün ömrü boyu bunun altını çəkmiş, daim basqılara məruz qalmışdır...).

92-ci ilin oktyabrındaGülüstansarayında keçirilən çox təmtəraqlı bir məclisdəsəSəhərqəzetininKommunistin iqtisadi əlavəsi kimi işıq üzü görməsinə Mərkəzi Komitə, Əbdürrəhman Vəzirov icazə vermişdi, amma bu qəzet Cəmil müəllimin düşüncəsinin məhsulu, onun SÖZə rəvac vermək duyğusunun ifadəsiydi” – dedim dinləyənlər bu kəlmələri anlayışla qarşıladılar.

Bir məqam da yadıma düşür. 94- ilin iyulundaXalq qəzetinin akt salonunda Azərbaycan Jurnalistlər Birliyinin H.Zərdabi adına mükafatı təqdim olunurdu. Həmin ilin laureatlarından biri məndim. Fəxri mükafatın diplomunu qəbul edərkən dedim: “Çoxlu sayda mükafat almışam, ancaq mətbuatımızın atası olan insanın adını daşıyan mükafat mənim üçün hamısından əzizdir, bu təltifatdan qürur duyuram. Eyni zamanda, elə bu binada, bu dəqiqələrdə oturub işləyən azı üç nəfəri göz önünə gətirəndə xəcalət çəkirəmçünki onlar məndən xeyli qabaq bu mükafatı almalı olduqları halda, hələ bu mükafata layiq görülməyiblər”.

Məclisin aparıcısı kinayəli bir təbəssümlə: “Kimdir onlar ki, indiyəcən onlardan xəbər tutmamışıq?” – deyə sual edəndə mənXalq qəzetinin baş redaktoru Tofiq müəllimi, AzərTAc-ın baş direktor əvəzi Şamil müəllimi əlbəttə ki, Cəmil müəllimio vaxtVahidqəzetini buraxmaqla gün keçirən Peşəkarı nişan verdim. Görünür, bu insanlardan hansı birininsə adının səslənməsi qarşı tərəfin ürəyincə olmadığı üçün qəzəbini yek kəlməylə ifadə elədi: “Bugünkü laureatların hamısı mükafatı öz güclərinə alıblar, təkcə səni redaktorun xahiş edib”. Bu, “qurşaqdan aşağı zərbəolsa da, darılmadım, dediklərim üçün peşmançılıq hissi keçirmədim. Çünki bütün bunları tam səmimi, həqiqət naminə eləyirdim. Üzrxahlıq diləmirdim, konyunkturaçı məqsədlər güdmürdüm, əfv olunmağımı arzulamırdım. Olsa-olsa, qəlbimdə yaşayan nisgili, peşmançılıq duyğusunu bir qədər soyutmaq istəyirdim. Vaxtilə bir səhv eləmişdimkim səhv eləmir ki?!.

lll

Cəmil müəllimin 70 illiyi heç kimin yadına düşməmişdi, 75 illiyini təkcə “525-ci qəzetqeyd eləmişdi, 80 illiyi isə, nəhayət, yada düşdü: Yazıçılar BirliyininNatəvanadına klubunda yubiley tədbiri oldu, Mətbuat Şurasında onunla görüş keçirildi, bir sıra qəzetlərdə təbrik yazıları dərc olundu o, H.Zərdabi mükafatının əvəzinə... Azərbaycan Jurnalistlər Birliyinin diplomu ilə təltif olundu. Buna da şükür!

Məlum səbəblərdən yubiley tədbirlərində iştirak edə bilmədim, heçZəmanələrlə üz-üzəkitabını da şəxsən özünün əlindən ala bilmədim. Vəziyyətimi başa düşərək, son dərəcə səxavətli bir avtoqrafla həmin kitabı mənə göndərmişdi, təvazökarlıqdan kənar olsa da, bu yazını məhz həmin avtoqrafla bitirirəm:

Çox hörmətli Şakir müəllim!

Həyatım hesab etdiyim jurnalist peşə sahiblərindən, – onlar yüzlərlədir, – bənzərsiz minnətdar olduğum şəxs sizsiniz!

Adətən, jurnalistlər hər hansı peşə sahibinin həyatında müstəsna rol oynayırlar, kimləri isə nüfuz sahibi edirlər, kimləri isə əjdahaların ağzından alırlar qələmin gücü ilə... ancaq özümüzə biganəyik. Siz bu ənənəni sındırdınız. Həm mərdanə, cəsarətli addımla!

Kommunistqəzetindəki işimizi göz önünə gətirəndə mükafatım o olur ki, kişi jurnalistlərlə çox çətinhər kollektivə qismət olmayan qələm qeyrət fəaliyyəti göstərmişik! Ən şirin bəhrəsi isə sizin məni üzə çıxarmaq üçün qeyri-adi hərəkətinizkitabda həkk olunan müsahibəniz insani sədaqət nümunəsi göstərməyiniz oldu.

Minnətdarlığımı qəbul edin! vaxt tapıb bu kitabı oxuya bilsəniz, görəcəksiniz ki, çuxası yanıq bir jurnalist üçün bu, necə gərəkli imiş...

Tanrı əvəzini versin!

Sizin Cəmil Əlibəyov”.

P.S. İş elə gətirib ki, 1991-2006- illərdə bu tipli kifayət qədər yazı yazmışam, əksəriyyəti haqq dünyasında olan İnsanlar barədə. Ümumiyyətlə, mən üz-üzə danışmağın mümkün olduğu yerdə qələmə sarılmağı artıq hesab edirəm. Bu yazı istisnadır: uzun illər bundan əvvəl Cəmil müəllimin səs tellərində ciddi qüsurun yarandığını, bu səbəbdən onunla hamı kimi söhbətləşməyin, ürəyindən keçənləri özünə deməyin onun buna reaksiyasını nöqtə-vergülünəcən anlamağın mənim kimi hissiyyatlı adam üçün mənəvi əzab olduğunu bilərək, USTADa deyə biləcəklərimin yüzdə birini qələmə almağı üstün tutdum...

Mən bu gün yenə Sizinlə bir yerdəyəm!..

Noyabr 1967 – Dekabr 2012

 





05.12.2012    çap et  çap et