525.Az

“28 Mall”da bayram tədbirləri təşkil edib


 

“28 Mall”da bayram tədbirləri təşkil edib<b style="color:red"></b> Ticarət Mərkəzi Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirib

525.az-ın məlumatına görə, hər il müxtəlif kampaniya və aksiyalar həyata keçirən “28 Mall” Ticarət Mərkəzi bu il də, Novruz bayramı günlərində öz müştəriləri üçün əyləncə dolu tədbirlər təşkil edib.

Bayram günlərində ticarət mərkəzinə gələn qonaqlar alış-veriş ilə yanaşı həm də bayram əhval-ruhiyyəsi yaşayıblar.

Uşaqlar üçün təşkil olunan tədbirlərdə animatorlar və Bahar qızı iştirak edib. Bundan başqa uşaqlar kosa və keçəlin müxtəlif oyunlarına, səhnələrinə tamaşa ediblər.
 





30.03.2015    çap et  çap et