525.Az

Bakı Dairəvi yolunun bir hissəsində təmir işləri yekunlaşıb


 

Bakı Dairəvi yolunun bir hissəsində təmir işləri yekunlaşıb <b style="color:red"></b> Vüsal Nəbiyev - APA-Economics. I Avropa Oyunlarına hazırlıq dövründə nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, artıq Bakı Dairəvi yolunun 9 km hissəsində təmir işləri başa çatdırılıb.  Belə ki, yolun 14-cü km-dən 5-ci km-ə  qədər olan hissəsində işlər yekunlaşıb.
 
Yaxın günlərdə həmin hissə nəqliyyatın hərəkəti üçün açıq olacaq.
 





08.04.2015    çap et  çap et