Xəzər Universitetində "Elm və sənət məclisi"nin sayca 64-cü toplantısı keçirilib. Tədbirdə Universitetin rektoru, professor Hamlet İsaxanlı "Mirzə Şəfi Vazeh və Fridrix Bodenştedt: böyük dostluq və böyük ayrılıq" mövzusunda maraqlı məruzə ilə çıxış edib.
Tədbir görkəmli rus opera ifaçısı Şalyapinin Mirzə Şəfi Vazehin sözlərinə yazılmış romansın ifası ilə başlayıb.
H. İsaxanlı çıxışında bildirib ki, Mirzə Şəfi Vazeh və Fridrix Bodenştedt mövzusu sanki bir qədər çeynənmiş olsa da, əslində həzm olunmamış və ziddiyyətli mövzudur. Mövzu ilə bağlı maraqlı məqamlara açıqlama verən H. İsaxanlı bununla bağlı yayılmış tezislərə müxtəlif aspektlərdən yanaşaraq fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.
Oxucularımız toplantıdan hazırlanmış geniş materialla "525-ci qəzet"in şənbə sayında tanış ola biləcəklər.
S. MÜRVƏTQIZI
çap et