525.Az

Müasir Azərbaycan şeiri antologiyası ingilis dilində


 

Müasir Azərbaycan şeiri antologiyası ingilis dilində<b style="color:red"></b> Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ingilis dilində tərtib edilmiş “Candles (101 verses)” – “Şamlar (101 şeir)” adlı şeir antologiyası işıq üzü görüb.

Mərkəzin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, 55 Azərbaycan şairinin 101 şeirinin yer aldığı kitab Azərbaycan poeziyasının müasir mənzərəsinin beynəlxalq müstəviyə çıxarılması istiqamətində mərkəzin hazırladığı ilk nəşrdir.
 
Azərbaycanın müasir poeziyasını beynəlxalq kitab sərgilərində təmsil edəcək bu kitaba Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nigar Rəfibəylinin, Vaqif Səmədoğlunun, Əli Kərimin, Məmməd Arazın, Musa Yaqubun, Sabir Rüstəmxanlının, Kamal Abdullanın, Zəlimxan Yaqubun, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Fikrət Qocanın, Nəriman Həsənzadənin, Nüsrət Kəsəmənlinin, Zakir Fəxrinin, Salam Sarvanın, Çingiz Əlioğlunun, Vaqif Bəhmənlinin, Əjdər Olun, Aqşin Yeniseyin, Nərmin Kamalın və digər şairlərin şeirləri daxil edilib.
 





10.04.2015    çap et  çap et