525.Az

Könül Həsənqulu “O zəminin sahili”ni imzalayıb - Fotoreportaj


 

Könül Həsənqulu “O zəminin sahili”ni imzalayıb - <b style="color:red">Fotoreportaj</b>

Aprelin 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda istedadlı gənc şairə Könül Həsənqulunun “O zəminin sahili” şeirlər kitabı üçün İmza günü keçirilib.

AYBkitab layihəsi çərçivəsində hazırlanan bu şeirlər toplusu “Mütərcim” nəşriyyatında işıq üzü görüb. Kitabda yer alan şeirlər “Bir qucaq sünbül”, “Qərb küləyi”, Yenə bədirləndi Ay”, “Aprel təqvimi”, “Dünya xəritəsi”  və başqa bölmələrdə verilib.

Maraqlı bədii düşüncə və onun uğurlu ifadə tərzi baxımından diqqət çəkən K.Həsənqulu yaradıcılığı bu kitabda özünün hərtərəfli təqdimatını tapıb.

İmza mərasiminə şairənin qələm dostları, oxucuları qatılıblar. Qısa çıxışlar və aparılan fikir mübadiləsi müəllifin yaradıcılığı və işıq üzü görən kitab barədə təəssüratın tamamlanmasına yardımçı olub.

 





10.04.2015    çap et  çap et