525.Az

Daha 300 avtobus xəttə buraxılacaq


 

Daha 300 avtobus xəttə buraxılacaq<b style="color:red"></b>

2015-ci ilin I rübü ərzində Azərbaycanda ictimai nəqliyyatda avtobus parkının yenilənməsi işləri davam etdirilib.

“APA-Economics” xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.
 
Nazir qeyd edib edib ki, hesabat dövründə paytaxta daha 65 ədəd orta və iritutumlu marşrut avtobusları gətirilib.
 
Z. Məmmədov əlavə edib ki, yaxın günlərdə 300 ədəd “İveco” markalı yeni avtobuslar Bakının marşrut şəbəkəsində istismara buraxılacaq.

 





11.04.2015    çap et  çap et