525.Az

Sinoptiklərinin meteohəssas insanlara müraciəti


 

Sinoptiklərinin meteohəssas insanlara müraciəti<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında dekabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında dekabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 7-8-də Abşeron yarımadasında nisbətən mülayim və sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, dekabrın 9-da arabir güclənən xəzri küləyinin yaradacağı diskomfort şərait əksər meteohəssas insanlar üçün əlverişsizdir.

 





06.12.2012    çap et  çap et