525.Az

“ABŞ-ın özündən razılığı beynəlxalq təhlükəsizliyin balansını pozub”


 

“ABŞ-ın özündən razılığı beynəlxalq təhlükəsizliyin balansını pozub”<b style="color:red"></b>

“ABŞ-ın özündən razılığı və problemlərin bilməməsinin sintezi ilə açıq-aşkar böhtan beynəlxalq institutlar sistemində, o cümlədən təhlükəsizlik sahəsindəki balansın pozulmasına gətirib çıxarıb”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin çıxış edib.
 
O bildirib ki, artıq bu proses Yaxın və Orta Şərqdə, habelə dünyanın digər regionlarında faciələrə səbəb olub. “Nəticədə dünya böhranlı duruma düşdü”, - deyə S. Narışkin qeyd edib.
 
Spiker həmçinin əlavə edib ki, Rusiyanın fikri ilə hesablaşmamaq cəhdləri faydasızdır.

 





13.04.2015    çap et  çap et