525.Az

“İctimaiyyətlə əlaqələr sahəsində karyeramı davam etdirəcəm”


 

“İctimaiyyətlə əlaqələr sahəsində karyeramı davam etdirəcəm”<b style="color:red"></b> “Bundan sonra da ictimaiyyətlə əlaqələr sahəsi üzrə karyeramı davam etdirəcəm”.

Bu sözləri 525.az-a “Synergy Partnership” şirkətini tərk edən Nərmin Həsənova bildirib.

“Artıq uzun müddətdir ki, ictimaiyyətlə əlaqələr üzrə çalışıram və bundan sonra da bu sahədə işimi davam etdirəcəm. Lakin artıq başqa şirkətdə. Əvvəlki iş yerimi öz xahişim ilə tərk etmişəm.

Ümumiyyətlə, “Synergy Partnership” mənim üçün böyük bir peşəkarlıq məktəbi olub və buna görə sonsuz dərəcədə şirkətə minnətdaram” – deyə N. Həsənova söyləyib.

Qeyd edək ki, bu yaxınlarda Nərmin Həsənova öz xahişi ilə adıçəkilən şirkəti tərk edib.
 





14.04.2015    çap et  çap et