Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ilk tyutor hazırlığı kurslarını başa vurmuş tyutorlara sertifikatların təqdimetmə mərasimi keçirilib.
ADMİU-nun rektoru, professor Fərəh Əliyeva çıxış edərək Bolonya prosesinə qoşulmuş ali təhsil müəssisələrində tyutorlara ciddi ehtiyac olduğunu, onların işlərinin daha ağır və böyük məsuliyyət tələb etdiyini vurğulayaraq, onlara uğurlar arzulayıb.
Rektor qeyd edib ki, bu kurslar gələcəkdə də davam etdiriləcək.
Qeyd edək ki, tyutor kursları 2014-cü il noyabr ayının 6-dan 2015-ci il aprel ayının 6-na kimi davam edib. Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərdən 7 nəfəri A-sertifikatına (qırmızı), 1 nəfəri isə B-sertifikatına (göy) layiq görülüb.
çap et