525.Az

Mazandaran-Bakı gəmi reysi açıla bilər


 

Mazandaran-Bakı gəmi reysi açıla bilər<b style="color:red"></b> "Mazandaran vilayəti ilə Bakı şəhəri arasında birbaşa gəmi reysinin açılmasını planlaşdırırıq".
 

APA-nın İranda səfərdə olan əməkdaşının verdiyi məlumata görə, bunu azərbaycanlı jurnalistlərə Mazandaran vilayətinin valisi Rəbifəllah Cilodar deyib.

R. Cilodar bildirib ki, dəniz nəqliyyat xəttinin açılması Mazandaranla Azərbaycan arasında əlaqələrin inkişafına təkan verəcək:

"Düzdür, hazırda Azərbaycanla İranın bəzi limanları arasında dəniz əlaqələri var, lakin bunların fəaliyyəti bizi qane etmir. Odur ki, biz birbaşa dəniz reysinin açılmasını istəyirik və hazırda bu istiqamətdə işlər davam etdirilir. Bu il reysin açılmasını gözləyirik".
 
 
Vali  Mazandaran vilayətinin mərkəzi Sari şəhərində Azərbaycanın konsulluq şöbəsinin açılmasını da təklif edib.

Onun sözlərinə görə, konsulluq şöbəsinin açılması ilə bağlı İranın Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldırılacaq:

"Azərbaycan tərəfi razılıq versə, yaxın zamanda bunu həyata keçirməyə hazırıq. Konsulluğun açılması əlaqələrimizin inkişafında müstəsna rol oynayacaq".
 





15.04.2015    çap et  çap et