525.Az

Yubiley yazılarının ardınca...


 

Yubiley yazılarının ardınca... <b style="color:red"></b>

Sara OSMANLI

 

Şirindilin 60 illiyi ilə bağlı mətbuatda gedən yazılar nəzərdən keçirilərkən, müxtəlif səviyyəli məclislərdə söylənilən fikirlər, rəylər yada salarkən, bunlarda adət etdiyimiz ənənəvi yubiley leksikasına, üslubuna xasgözəl insan”, “böyük alim s. bu kimi pafoslu ifadələrə, demək olar ki, rast gəlinmir. Şirindil haqqındakı bu rəylərdə vərdiş etdiyimiz  stereotiplərdən uzaq olan, ürəkdən gələn səmimi, təbii münasibət duyulur. bu səmimi, təbii, təəssübkeş (hardasa yumorlu) sözü Şirindilin həyatda qazandığı müstəqil, açıq mövqeyi, ətrafdakılara olan münasibəti yaradır.

 

Mətbuatda gedən yazılarda nəzərə çarpan bir xüsusiyyət qeyd olunmaya bilməz: onların müəllifləri (ədəbi-elmi mühitimizdə mövqe ad qazanmış Teymur Kərimli, Arif Əmrahoğlu, Vaqif Yusifli b.) 50-cilərdir, cavanlıqdan bir mühitin yetişdirmələri olanlardır ki, Şirindil haqqında etibarlı, səmimi, sərbəst söz deməyə səlahiyyətlidirlər. bu söhbətlər həm ona görə dəyərlidir ki, bunlarda bütöv bir ədəbi nəslin yaşantıları, qüruru, təəssübü, qədirbilənliyi s. ilə bağlı fikirləri səslənir.

 

Təsadüfi deyil ki, T.Kərimli özünəməxsus fəlsəfi yumorlu yazısınaBiz bir qatar tutiyi-şirinsüxənlərik...” təsirli ad qoyub, A.Əmrahoğlunun məqaləsi isə, demək olar ki, başdan ayağa 50-cilər nəsli leytmotivi əsasındadır, yaşadıqları ömürlərinə görə şükranlıq ruhundadır.

 

İndi mən, 50-cilərdən iki-üç il əvvəl gələn nəslin nümayəndəsi kimi Şirindili 37 il, yəni Ədəbiyyat İnstitutuna gəldiyi vaxtdan tanıyan bir insan kimi, məndən əvvəl deyilənlərə bəzi əlavələr etməyə ehtiyac duyuram.

 

Şirindilin həyatdakı mövqeyinin əsas ünvanlarınıƏdəbiyyat qəzeti verdiyi müsahibəsində tam aydın sezmək olur. Həyat təcrübəmizin dəyərləndirilməsində çox sadədüsturortaya qoyulur: “Ötənləri indinin müstəvisində dəyərləndirdiyimiz kimi, çağdaş günlərimizi yaşadığımız ömrün təcrübəsi, dərsləri zəminində saf-çürük etmək gərəkdir”. Qəribə olsa da, bu ilk baxışda paritetli məfhumlarda (çağdaş günləryaşadığımız ömür, indiötən) ağırlıq mərkəzi sanki keçən ömrə keçən günlərə (məşhur mahnıda kimi) düşür bu sadə həqiqətin izahına ehtiyac yoxdur.

 

Düşünürəm ki, Şirindilin həyatda qazandıqlarının əsasında iki aparıcı xətti keçir: qədirbilənlik milli təəssübkeşlik. Kökdən, yurddan, torpaqdan, nəsildən başlayan, orta məktəbdə, universitet illərində bəxtinə düşən müəllimlərə, qazandığı dostlara münasibətdə inkişaf edən sonra 37 il ərzində alim kimi yetişdiyi Ədəbiyyat İnstitutunun elmi-əxlaqi mühitində, xüsusən 70-80-ci illərə aid, habelə bir müddət çalışdığı Dünya Ədəbiyyatı İnstitutunda əldə  etdiyi təcrübədə formalaşan bu nəcib keyfiyyətqədirbilənlik sadəcə ata-babaya, dostlara, müəllimlərə s. minnətdarlıq deyil. Şirindilin qədirbilənliyi qan yaddaşının immanent, üzvi daşıyıcısı kimi ona həyat seçimlərində daxili istiqamət ilham verən qüvvədir ki, ətrafdakılara da əxlaqi təsir gücünə malikdir paylaşanda belə tükənmir.

 

Biz bunu onun söhbətlərində, yazılarında, əməli işlərində, naşir kimi fəaliyyətində (mərhum Yaşar Qarayev, Azadə Rüstəmova b. monoqrafiyalarının yeni nəşrləri, xatirə kitabları) görməkdəyik.

 

Elmi tədqiqatlara, dissertasiya işlərinə olan əsas tələblərdən biri tədqiq tarixinin işıqlandırılması, öz sələflərinə istinad etməklə bağlıdır. Bu müəllifin elmi (SSRİ AAK-nın leksikasındanauçnaə dobrosovestnost”) vicdanın göstəricisidir. Haqqında sözü gedən qədirbilənlik əxlaqi, mənəvi vicdanla bağlı daha geniş ünvanları ehtiva edir ki, həyatımızın  gedişatını təmin edən varislik əlaqələrinin qırılmamasını təmin edir.

 

Əsl qədirbilənlik millidən başlayır. Ona daima qüvvət verən qan-gen yaddaşında yaşayan təbii milli təəssübkeşlik hissidir. Bunun bariz ifadəsini Şirindilin alim naşir kimi fəaliyyətində, o cümlədən yeni elmi istiqamətlərə təkan verməkdə göstərmək olar. Söhbət tarixi poetika aspektində tədqiqatlara yol açmasından mühacirət irsimizlə bağlı fəaliyyətindən gedir. Tarixi poetikaya gəldikdə böyük ədəbiyyatşünaslıqda bu, ədəbiyyat haqqında elmin ən yüksək mərhələlərindən biri kimi (bəlkə ən yüksəyi) qəbul olunur bir çox milli ədəbiyyatşünaslıqlar bu mərhələyə keçid qarşısındadır. Söhbət ədəbiyyat tarixinin yalnız ədəbi cərəyanların xronologiyası kimi deyil, ədəbiyyatın mündəricəli formasının hərəkatı kimi, ədəbi-tarixi prosesi ədəbi-estetik kateqoriyalarının təkamülü üzrə tədqiq etməkdən gedir. bu olduqca çətin məsuliyyətli işə bizim ədəbiyyatşünaslıqda bir neçə ildir ki, start verilib. Şirindilin təşəbbüsü müəllif, naşir kimi bilavasitə iştirakı ilə başlamışTarixi poetikaseriyasından artıq bir neçə kitab işıq üzü görmüşdür ki, burada Azərbaycan ədəbiyyatının zəngin milli özünəməxsusluğunun yeni tərəfləri açıqlanır.

 

Azərbaycan mühacirət ədəbiyyatı kitabxanasımöhtəşəm layihənin həyata keçirilməsində Şirindilin əməyi danılmazdır: proyektin tərtibi, toplama işləri, xaricdən mütəxəssislərin cəlb olunması ezamiyyətlər nəşrə hazırlıq s. Bu böyük işin xaricdə yaradılan milli ədəbi-mənəvi irsimizin üzə çıxarılması təqdimində əhəmiyyətinin şərhinə ehtiyac duyulmur.

 

Ümumiyyətlə, Şirindilin elmi axtarışlarının maraq dairəsi çox genişdir bu haqda kifayət qədər yazılıb. Bu yazımızda onun elmimizdə yeni istiqamətlayihələrin açılmasında rolunu qeyd etməklə kifayətlənməyi məqsədəuyğun sayırıq.

 

Qeyd olunan keyfiyyətlərlə mayalanmış, həyat fəaliyyətinin bütün sahələrində obyektivlik, ədalət prinsiplərinə mümkün qədər riayət etməkŞirindili şirnikləndirici konyunkturadan sığortalayır.

 

əlbəttə ki, elmi-təşkilati işlərində peşəkarlıq hər cür insanlarla müvafiq münasibət, ünsiyyət qurmaq bacarığı, hər kəsin yerini, çəkisini, məssəbini belə bilmək...

 

Arif Əmrahoğlu yuxarıda qeyd etdiyimiz yazısında Şirindili maarifçi-filoloq adlandırır. Mən bunun ən bayağı nümunəsini Şirindilin rəhbərlik etdiyiXX əsr Azərbaycan ədəbiyyatışöbəsinin əməkdaşı kimi hər dəfə şöbənin iclaslarında müşahidə edirəm. Şöbənin bilavasitə işlərinin gedişatına nəzarət etməklə yanaşı, şöbə müdiri İnstitutunun problemləri, yenilikləri, respublikada, Rusiyada, Türkiyədə çıxan aidiyyətli kitablar, elmi forumlar haqqında əməkdaşları daima məlumatlandırır, hətta bəzi ədəbiyyatları özü ilə gətirir oxumağa tövsiyə edir. ümumiyyətlə ədəbi mühitimizdə baş verən hadisələrlə bağlı xəbərləri Şirindildən öyrənirik. Həvəsləndirir, istiqamətləndirir. bütün bunları çox sərbəst, “oxunaqlı üslübdanəzərimizə çatdırır. Bu sərbəstlik, azad fikirlilik, müstəqil mövqe onun müxtəlif tədbir, məclislərdə etdiyi çıxışları, davranışını bir çoxlarından fərqləndirməklə nüfuzunu artırır.

 

Əlbəttə, Şirindlin fəaliyyətinin miqyası (respublikada kənarda) daha geniş söhbət üçün material verir. Onu demək kifayətdir ki, 2010-cu ildə, indiki şəraitdə, müasir humanitar təfəkkürün problemlərinə həsr olunmuş beynəlxalq konfrans təşkil etmək kimi çətin işin öhdəsindən gələ bildi hətta konfransın əvvəlində onun materialları sanballı kitab şəklində xaricdən gələn alimlərə təqdim olunanda onlar təəccübünü gizlədə bilmədilər. Çünki adətən materiallar tədbirdən çox-çox sonra çap olunur. Təkcə elə bu fakt buna qədərki görülən hazırlıq işləri, onun xarici alimlərlə əlaqələri haqqında az şey demir.

 

Mən Şirindili 37 il tanıyan insan kimi onu daima inkişafda olan potensialı hələ tam açılmamış bir şəxsiyyət kimi görürəm. Bununla belə onu ideallaşdırmaq, yubileyvari pafoslu ifadələr işlətməkdən uzağam. Mən onun müəyyən romantikliyini, kifayət qədər sağlam praqmatizmini görür qəbul edirəm. onunla dostluqdanfəxr edirəmdemirəm, sadəcə onunla dostluq mənə müəyyən mənəvi rahatlıq gətirir. Heç yadımdan çıxmaz: keçən il ailəmizə üz verəcək ağır itki haqqında hakimdən acı xəbəri eşidəndə sarsılmış vəziyyətdə qeyri-ixtiyari Şirindilin qapısına üz tutdum...

 

Yadımdadır, təxminən 15 il bundan əvvəl NTV-nın məşhur aparıcısı Sergey Dorenko ilə müsahibə verilirdi. suallardan biri kişiyə xas əsas keyfiyyətlə bağlı idi. Dorenkonun cavabı belə oldu: “Məsuliyyəti öz üzərinə götürmək bacarığı” (məsuliyyətdən boyun qaçırmamaq). Məncə, Şirindil bunu bacarır.

 

Əlbəttə, hər şey nisbidir. Amma nisbilik var, nisbilik var. Mənim söylədiklərimdə ( söyləmədiklərimdə), zənnimcə, nisbilik əmsalı az dərəcəsindədir. düşünürəm ki, bu nisbilik kontekstində söylədiyim ünvanlar lider tipli şəxsiyyəti formalaşdıran əsas dəyərlərdir.

 





06.12.2012    çap et  çap et