525.Az

"Mərkəzi Bankın nə etmək istədiyini başa düşə bilmirəm..."


 

"Mərkəzi Bankın nə etmək istədiyini başa düşə bilmirəm..."<b style="color:red"></b>

"Mərkəzi Bankın 21 fevral qərarından sonra Azərbaycanda manatın ciddi şəkildə devalvasiyası baş verdi. Artıq yenidən manatın ucuzlaşması, dolların qalxması müşahidə olunur".

Bu sözləri millət vəkili Vahid Əhmədov parlamentin dünən keçirilən iclasında bildirib. Onun sözlərinə görə, bu, ikinci devalvasiyaya gətirib çıxara bilər:

"Bunun qarşısını alımaq üçün Mərkəzi Bank tərəfindən addımlar atılmalıdır. Ancaq çox təəssüflər olsun ki,  hələlik mən Mərkəzi Bankın nə etmək istədiyini başa düşə bilmirəm. Bu qurum, nəhayət, ciddi addımlar atmalıdır".

Millət vəkili həmçinin  bu günlərdə ölkə başçısının dərman preparatlarının qiymətlərinin  tənzimlənməsi ilə bağlı çıxışına da münasibət bildirib. 

Ölkə başçısı çıxışında qeyd edib ki, qiymətlər süni şəkildə qaldırılmamalıdır:

"Ancaq bunun əksinə olaraq bazarda qiymətlərinin həddindən artıq artması müşahidə olunmaqdadır. Biz bu yaxınlarda müvafiq qanuna dəyişiklik etmişik. Bu baxımdan da həmin qanunun tətbiqindən irəli gələn məsələlərə ciddi nəzarət edilməlidir".

Kamil HƏMZƏOĞLU

 





15.04.2015    çap et  çap et