525.Az

“SOCAR TANAP-dakı payını satmayacaq”


 

“SOCAR TANAP-dakı payını satmayacaq”<b style="color:red"></b>

İran tərəfindən Trans-Anadolu Qaz Boru Xətti layihəsində (TANAP) hər hansı paya sahib çıxmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) müraciət daxil olmayıb.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
 
S. Qasımovun sözlərinə görə, SOCAR TANAP layihəsində 58% paya malikdir və dövlətlərarası razılaşmaya əsasən, şirkətin bu layihədəki payı 51%-dən aşağı düşməməlidir.
 
“SOCAR-ın öz payını satmasında nə fikri var, nə də bununla bağlı danışıqlar aparmır. Türkiyə tərəfi öz payını satarsa, bu, onların öz seçimidir. Təbii ki, bu da layihədə iştirak edən tərəfdaşların razılığı ilə həyata keçiriləcək”, - deyə vitse-prezident bildirib.

 





15.04.2015    çap et  çap et